• cümə, 19 Aprel, 06:08
  • Baku Bakı 13°C

Danışıq apardığını etiraf etdi, zəng gözləyir

11.02.19 16:10 627
Danışıq apardığını etiraf etdi, zəng gözləyir
PSJ-nin sabiq baş məşqçisi Loran Blan "Mançester Yunayted”dən təklif aldığını etiraf edib.
Kaspi.az xəbər verir ki, MY rəhbərliyi onunla 2014-cü ildə əlaqə saxlayıblar. Hazırda işsiz olan Blan xaricdə çalışmaq istədiyini də bildirib:
"Mən klub rəsmilərindən biri zəng etdi. Onun adını çəkmək istəmirəm. Biz onunla söhbətləşdik. Həmin vaxt mən Parisdə işləyirdim və PSJ-ni tərk etmək çətin idi. Ancaq biz danışıqlar aparırdıq. Amma sonradan onlar Lui van Qalla anlaşdılar.
Mənə Fransada PSJ-dən başqa klubda işləmək çətin olar. İngiltərədə işləmək üçün böyük ambisiyalarım var. Özümü İspaniya və İtaliyada da sınaya bilərəm. Zəng gözləyirəm”.
banner

Oxşar Xəbərlər