• cümə, 29 Mart, 01:18
  • Baku Bakı 7°C

Danışılmış oyunlarla bağlı yeni qalmaqal

20.11.18 12:00 648
Danışılmış oyunlarla bağlı yeni qalmaqal
Avropa futbolunda danışılmış oyunlarla bağlı daha bir qalmaqalın əsas qoyulub.
Kaspi.az xəbər verir ki, Avropanın bir sıra klubları 2016-cı ilin yanvarından 2018-ci ilin yanvarına qədər Kiprdə danışılmış oyunların iştirakçısı olmaqda ittiham olunurlar. Söhbət 32 oyundan gedir. Bu oyunları isə Kiprin "Androsports” kompaniyası təşkil edib.
Danışılmış oyunlarda Rusiyanın 15 klubunun iştirak etdiyi güman olunur. Bu qarşılaşmalarda Polşanın və Kiprin 3, Çexiya və Serbiyanın 2, İsveçrə, Belarus, Slovakiya, Moldova, Rumıniya, Ukrayna, Bolqarıstan, Latviya və Macarıstanın hər birindən 1 komandanın iştirak etdiyi bildirilir.
Qarşılaşmaları Rumıniya, Portuqaliya və Latviyadan olan 8 hakim idarə edib. Onlardan 5-i həvəskar səviyyəli hakimlər olub. Bu müddətdə Kiprdə ən çox oyun keçirən komanda isə "Kuban” olub. Krasnodar təmsilçisi adada 6 oyuna çıxıb.
banner

Oxşar Xəbərlər