• cümə, 19 Aprel, 07:02
  • Baku Bakı 13°C

Danimarkalılar müvəqqəti razılığa gəldilər

07.09.18 10:25 883
Danimarkalılar müvəqqəti razılığa gəldilər
Danimarka futbolunda yaşanan qalmaqal nisbətən səngiyib.
Kaspi.az xəbər verir ki, Danimarka Futbol Federasiyası futbolçularla müvəqqəti razılıq əldə edib. Sentyabrın 9-da Uelslə keçiriləcək oyuna əsas heyətin üzvləri çıxacaq.
Qeyd edək ki, futbolçularla federasiya arasında münaqişə imicdən istifadəyə görə yaranıb. Futbolçular imicləri ilə bağlı məsələdə federasiyanın yox, özlərinin istədikləri sponsorla müqavilə bağlamaq istəyirlər.
Bu münaqişə ucbatından Slovakiya ilə oyun boykot edilmişdi. Federasiya məcbur qalaraq, meydana yarıpeşəkar futbolçuları və futzalçıları buraxmaq məcburiyyətində qalmışdı.
banner

Oxşar Xəbərlər