• çərşənbə axşamı, 19 mart, 08:01
  • Baku Bakı 8°C

Danimarka cərimələndi

25.06.18 13:10 658
Danimarka cərimələndi
FİFA DÇ-2018-in qrup mərhələsində keçirilən Danimarka - Avstraliya oyununda baş verənləri araşdırıb.
Kaspi.az xəbər verir ki, həmin qarşılaşmada danimarkalı azarkeşlər ixtişaş törətmişdilər. Onlar avstraliyalı fanatlara tərəf müxtəlif əşyalar atmış və stadionda diskriminasiya xarakterli banner açmışdılar.
Məsələni araşdıran FİFA Danimarka Futbol Assosiasiyasını cərimə edib. Federasiya danimarkalı azarkeşlərin davranışına görə, 20 min isveçrə frankı cərimə ödəməli olacaq.
Danimarka-Avstraliya oyunu 1:1 hesabı ilə başa çatıb.
banner

Oxşar Xəbərlər