• çərşənbə axşamı, 16 aprel, 19:19
  • Baku Bakı 18°C

Daniel Kreyq daha iki filmdə “Agent-007”ni canlandıracaq

12.08.17 09:40 2404
Daniel Kreyq daha iki filmdə “Agent-007”ni canlandıracaq
Bondiadanın prodüseri Barbara Brokkoli britaniyalı aktyor Daniel Kreyqlə "Agent-007” rolunu nəinki bir, hətta iki filmdə oynamaq barədə razılığa gəlib.
AZƏRTACxarici KİV-lərə istinadən xəbər verir ki, Ceyms Bond obrazını 4 filmdə yaradan Kreyqin daha iki filmdə iştirakı barədə danışıqlar başa çatıb, müqavilə imzalanma ərəfəsindədir.
Qeyd olunur ki, prodüserlər müqaviləni bağlamağa tələsirlər. Bondiadanın sayca 25-ci filminin premyerasının 2019-cu ilin noyabrın 8-də olacağı artıq elan edilib, ssenari hazırdır.
Filmin çəkilişlərinə 2018-ci ildə start veriləcək.
Xatırladaq ki, Kreyq Ceyms Bond obrazını ilk dəfə 2006-cı ildə "Kazino "Royal” filmində canlandırıb.
banner

Oxşar Xəbərlər