• cümə axşamı, 28 mart, 21:13
  • Baku Bakı 13°C

“Damarlarımı dəyişdilər“ - Firudin Cəlilov

08.01.15 16:27 1327
“Damarlarımı dəyişdilər“ - Firudin Cəlilov
“Ayaqlarımın yaraları yavaş-yavaş sağalır, inşallah 5-10 günə daha da yaxşı olacaq”. Bunu aznews.az-a açıqlamasında sabiq təhsil naziri Firudin Cəlilov deyib. O, əlavə edib ki, ayaq damarlarında ciddi problem olub: “Ayaq damarlarımı dəyişdirdilər. Bu əməliyyatdan sonra hər şey yaxşılığa doğru gedir. Hər iki aydan bir Türkiyəyə yoxlamaya gedəcəm”.
Qeyd edək ki, sabiq təhsil naziri, professor Firudin Cəlilov dekabrın 15-də Türkiyədə yenidən əməliyyat olunub. Əməliyyat Ankaranın Bayındır xəstəxanasında həyata keçirilib.
banner

Oxşar Xəbərlər