AZE | RUS | ENG |

Dalya Qribauskayte: Litva bütün hücumlara hazır olmalıdır

Dalya Qribauskayte: Litva bütün hücumlara hazır olmalıdır
Rəsmi Vilnüs bütün hücumlara hazır olmalıdır, çünki əks təqdirdə, təhlükə böyük olacaq.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu fikri Litva Prezidenti Dalya Qribauskayte Almaniyanın "Der Spiegel” jurnalına müsahibəsində deyib.

Prezident qeyd edib ki, Litva müdafiə olunmaq istədiyini və müdafiə oluna biləcəyini göstərsə, onda heç kəs ona hücum etməyəcək. Litva dövlətinin başçısı bildirib ki, Rusiya Baltikyanı ölkələrə hücum edə bilər. Baltikyanı ölkələr və Polşa ilə sərhədlərdə Rusiyanın gücü NATO-nun gücünü 10 dəfə üstələyir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Moskvanın Polşa və Baltikyanı ölkələrə hücumu barədə fikirləri qəbul etməyib. O, "Euronews” telekanalına müsahibəsində deyib ki, bu fikirlər NATO-nun Rusiya sərhədlərinə əlavə hərbi kontingentlər yerləşdirməsinə bəraət qazandırmaq cəhdidir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9187
GEL 1 1 Gürcüstan larisi 0.6445
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1759
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1828
CHF 1 1 İsveçrə frankı 1.691
KWD 1 1 Küveyt dinarı 5.5933
TRY 1 1 Türkiyə lirəsi 0.3217