• cümə axşamı, 28 mart, 20:01
  • Baku Bakı 13°C

Dağlıq Qarabağın erməni icması zülmkar rejimdən qurtulmalı, azərbaycanlı icması ilə birgə yaşayışa can atmalıdır

03.10.19 11:07 391
Dağlıq Qarabağın erməni icması zülmkar rejimdən qurtulmalı, azərbaycanlı icması ilə birgə yaşayışa can atmalıdır
İşğalçı Ermənistan hakimiyyəti və onun Dağlıq Qarabağdakı əlaltıları olan cinayətkar xunta rejimi bizim öz torpaqlarımıza geri dönmək əzmində olduğumuzu anlamalıdır. Təcavüzkar ölkə başa düşməlidir ki, o, tez bir zamanda işğalçı qüvvələrini bizim ərazilərdən çıxarmalıdır. Biz növbəti səfərimizi təmas xəttinin digər tərəfinə edəcək, işğal altında olan ərazilərimizi azad edəcəyik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 27-ci ildönümü ilə əlaqədar Beyləqan rayonu ərazisindəki Yeni Xocavənd qəsəbəsində keçirilən anım mərasiminin iştirakçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri, icma rəhbəri Tural Gəncəliyev bildirib.
Dağlıq Qarabağın erməni icmasına müraciət ünvanlayan Tural Gəncəliyev onları qondarma rejimin əsarətindən xilas olmağa çağırıb. "Dağlıq Qarabağda həm Ermənistan hakimiyyətinin, həm də oradakı cinayətkar xunta rejiminin əsarəti altında olan erməni icması tez bir zamanda öz səhvlərini başa düşməlidir. Onlar zülmkar rejimdən qurtulmalı, yenidən azərbaycanlı icması ilə birgə yaşayışa can atmalıdırlar”, - deyə ictimai birliyin idarə heyətinin sədri vurğulayıb.
banner

Oxşar Xəbərlər