AZE | RUS | ENG |

Dağlıq Qarabağın erməni icması neçə “maraqlı tərəf” təqdim edə bilər?

Dağlıq Qarabağın erməni icması neçə “maraqlı tərəf” təqdim edə bilər?
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində tərəflər və danışıqların formatının dəyişdirilməsi barədə Azərbaycan və erməni tərəfləri arasında sonuncu "artilleriya zərbələri” mübadiləsindən sonra (Azərbaycan tərəfdən erməni təbliğat və təşviqatının zərbəsini Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva çox parlaq şəkildə dəf edib və cavab arqumentləri ilə qarşı tərəfi nokaut vəziyyətinə salıb) bizim dəlillərimizi bir sənədə istinadla tamamlamaq istərdik. Əslində ATƏT-in (o vaxt hələ ATƏM adlanırdı) Dağlıq Qarabağa dair Minsk qrupunun tarixi həmin sənəddən başlayıb: https://www.osce.org/mc/29121?download=true 

Həmin qrup 1992-ci il martın 24-də Helsinkidə ATƏT Şurasının birinci əlavə iclasında yaradılıb.

Sözügedən sənəddə konkret olaraq, aşağıdakı iki bəndə diqqəti cəlb etmək istərdik. Bu bəndləri orijinaldan sitat gətiririk:

"8. The Ministers expressed their firm conviction that a conference on Nagorno-Karabakh under the auspices of the CSCE would provide an ongoing forum for negotiations towards a peaceful settlement of the crisis on the basis of the principles, commitments and provisions of the CSCE. The Ministers therefore requested the Chairman-in-Office of the CSCE Council of Ministers to convene such a conference as soon as possible.

9. The Ministers furthermore agreed that this Conference, which will take place in Minsk, will have as participants Armenia, Azerbaijan, Belarus, Czech and Slovak Federal Republic, France, Germany, Italy, Russian Federation, Sweden, Turkey and United States of America. Elected and other (! – ayırma bizimdir - AZƏRTAC) representatives of Nagorno-Karabakh will be invited to the Conference as interestеd parties by the Chairman of the Conference after consultation with the States participating at the Conference."

(8. Nazirlər qəti əmin olduqlarını bildirdilər ki, ATƏM-in himayəsi altında Dağlıq Qarabağ üzrə konfrans böhranın ATƏM-in prinsipləri, öhdəlikləri və müddəaları əsasında sülh yolu ilə nizama salınması məqsədilə danışıqlar üçün fəaliyyət göstərən forumu təmin edəcək. Nazirlər bununla əlaqədar ATƏM-in Nazirlər Şurasının Fəaliyyətdə olan Sədrindən mümkün qədər tez bir zamanda belə konfransı keçirməyi xahiş etdilər.

9.Bundan əlavə, nazirlər razılaşdılar ki, Minskdə keçiriləcək bu konfransın iştirakçıları Ermənistan, Azərbaycan, Belarus, Çexiya və Slovakiya Federativ Respublikası, Fransa, Almaniya, İtaliya, Rusiya Federasiyası, İsveç, Türkiyə və Amerika Birləşmiş Ştatları olacaq. Dağlıq Qarabağın seçilmiş və digər (! – ayırma bizimdir - AZƏRTAC) nümayəndələri maraqlı tərəf kimi konfransa onun Sədri tərəfindən konfransda iştirak edən dövlətlərlə məsləhətləşmələrdən sonra dəvət olunacaqlar).

Burada iki məqama diqqəti cəlb etmək çox vacibdir. Bu detallar erməni təbliğat-təşviqat maşınının uydurduğu bir mifi ifşa edir ki, guya haçansa "üçtərəfli format” "mövcud olub” və indi sadəcə həmin formatı "bərpa etmək” lazımdır.

Sənədin mətnindən göründüyü kimi, ATƏT Dağlıq Qarabağ nümayəndələrini "əsas” və ya "bərabərqiymətli” tərəf deyil, maraqlı tərəf kimi nəzərdə tutur.

Bu gün internetdə bir erməni "ekspert”inin belə bir "təhlili”ni oxudum ki, guya ATƏT sənədlərinin heç birində Azərbaycan icması öz adı ilə göstərilməyib. Yaxşı, fərz edək ki, belədir. Lakin əgər bu yolla getsək ATƏT-in sənədlərinin heç birində "Dağlıq Qarabağın erməni icması” frazasına və ya ümumiyyətlə, "Dağlıq Qarabağ” termininin etnik xarakteristikasına rast gəlmək mümkün deyil. Hətta Ermənistanda misal gətirməyi çox xoşladıqları 1994-cü il Budapeşt Bəyannaməsində də "Dağlıq Qarabağın erməni icması” (və ya, xüsusən "münaqişə tərəfi kimi Dağlıq Qarabağ”) ifadəsi yoxdur.

Lakin burada başqa bir maraqlı məqam var. Fərz edək ki, Helsinki sənədində ermənilər öz arsaxlılarını "еlected representatives of Nagorno-Karabakh" kimi qələmə verə bilərlər. Yaxşı, onda "other representatives of Nagorno-Karabakh" kimdir? Axı orada məhz belə deyilir: "Elected AND OTHER representatives of Nagorno-Karabakh".

İndi mən erməni opponentlərindən soruşuram: Əgər "elected" - ermənilərdirsə, onda "other" kimdir??? Yenə ermənilərmi????

Burada demək olar ki, heç kəsin diqqət yetirmədiyi çox mühüm bir məqam da var. Əgər fərz etsək ki, "еlected and other representatives of Nagorno-Karabakh" dedikdə yalnız ermənilər nəzərdə tutulur, Azərbaycan icması isə apriori nəzərdən keçirilmir, bu halda həmin frazadan sonra gələn "maraqlı tərəfLƏR” sözləri nə üçün İSMİN CƏM HALINDA yazılıb? Erməni tərəfə belə bir sadə sual vermək istəyirəm: əgər Dağlıq Qarabağın nümayəndələri dedikdə yalnız ermənilər nəzərdə tutulursa, onda balaca bir bölgə olan Dağlıq Qarabağdan ermənilərin neçə maraqlı tərəfLƏRİ (ismin cəm halında) ola bilər?

Tamamilə aşkardır ki, maraqlı tərəflər dedikdə təkcə erməni icması deyil, İKİ İCMA nəzərdə tutulur.

Əgər həmin sənəddə "Elected (yəni "and other" qeyd-şərti olmadan) representatives of Nagorno-Karabakh will be invited to the Conference as АN interestеd partY)" deyilsəydi (ismin tək halında), onda erməni tərəfin dəlilləri bəlkə də az-çox məqbul sayılardı. Lakin "and other" sözü və "interested parties" söz birləşməsinin cəm halda olması ermənilərin iddialarına heç bir şans vermir.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatında açıq-aşkar deyilir ki, danışıqların mövcud formatının dəyişdirilməsi yolverilməzdir. Bu fakt onu göstərir ki, bako-saakyanların və david-babayanların danışıqlar masası arxasına cəlb edilməsi barədə Yerevanın zarıması artıq həmsədrlərin özünü də təngə gətirib. Bir də ki, onlar tərəflərdən birinin razılığı olmadan danışıqların "əvvəlki formatının bərpa edilməsinin” deyil, "mövcud formatın dəyişdirilməsinin” yolverilməz olduğunu bildiriblər.

İnsan nə qədər kütbeyin olmalıdır ki, hətta bu cür açıq mətndən sonra da (diplomatiyada isə açıq danışmağa o halda keçirlər ki, incə diplomatik eyhamları başa düşməyən kütbeyinlə danışmalı olurlar) arsax haqqında "münaqişə tərəfi” kimi zarımaqda davam etsin!

AZƏRTAC





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779