• cümə, 19 Aprel, 10:14
  • Baku Bakı 13°C

“Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verməyə hazırıq”

22.07.16 16:55 1533
“Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verməyə hazırıq”
"Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mərhələli həlllini dəstəkləyirik”.BunuAPA-ya açıqlamasındaMilli Məclissədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovdeyib.

Z.Əsgərov bildirib ki, Azərbaycan ikinci süni erməni dövlətinin yaradılmasına imkan verməyəcək: "Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Amma biz onlara Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusu verməyə hazırıq. Bu, bizim birdəfəlik mövqeyimizdir”.
Prezident İlham Əliyevin bu yaxınlarda təsdiqlədiyi protokolu şərh edərkən Ziyafət Əsgərovdeyib ki,Azərbaycan ərazisində Türkiyənin heç bir hərbi bazası yaradılmır: "Cənab prezident sadəcə iyunun 3-də imzalanmış sənədi təsdiq edib”.O qeyd edib ki, protokola əsasən, Bakı yaxınlığında bir ərazinin Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə verilməsi hərbi baza hesab olunmur: "İndiNATO-nun təyyarələri Azərbaycan ərazisindən Əfqanıstana uçur. Bizim sülhməramlıları Əfqanıstana aparanTürkiyə təyyarələrinin hərbi pilotları həminərazidə istirahət edəcəklər. Burada sadəcə bir neçə otaqdan söhbət gedir, hərbi bazadan yox".

Qeyd edək ki, Azərbaycan Prezidentiİlham ƏliyevAzərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında "Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında 2016-cı il iyunun 3-də imzalanmış protokolu təsdiq edib.
banner

Oxşar Xəbərlər