Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiyanın ən vacib xarici siyasət prioritetlərindəndir

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiyanın ən vacib xarici siyasət prioritetlərindəndir

Cəmiyyət
08 Noyabr 2019, 20:00 996
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiyanın ən vacib xarici siyasət prioritetlərindəndir.
Trend-in məlumatına görə, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç təşkilatın Daimi Şurasının iclasında deyib.
O bildirib ki, Dağlıq Qarabağ probleminin həlli yollarının tapılmasında kollektiv vasitəçi qismində ATƏT Minsk qrupunun həmsədrlərinin səyləri yüksək qiymətləndirilir:
"Vasitəçilərin fəal işi tərəflər arasında nizamlanmanın əsas aspektləri üzrə təmas nöqtəsinin tapılmasına yönəlmiş intensiv dialoqun dəstəklənməsinə kömək edir”.
A.Lukaşeviç Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində və sərhəddə nisbi sabitliyin saxlanmasını qeyd edib:
"Bu, tərəflərin danışıqlar masası arxasında kompromis axtarmaqda maraqlı olmasının işarəsidir. Biz əminik ki, atəşkəs rejiminin dəstəklənməsi və möhkəmlənməsi ATƏT Minsk qrupunun həmsədrlərinin vasitəçilik missiyasının səmərəliliyinə xidmət edəcək. Jurnalistlərin qarşılıqlı səfərləri və saxlanan şəxslərin dəyişdirilməsi üzrə tədbirlər nizamlama prosesi üçün vacib olan etimad mühitinə töhfə verə bilər”.
Daimi nümayəndənin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında yüksək səviyyədə razılaşdırılmış, qoşunların təmas xəttində və sərhəddə ATƏT tərəfindən müşahidə imkanlarının genişləndirilməsi prinsiplərinə qayıtmaq faydalı ola bilər.