• cümə axşamı, 25 aprel, 11:39
  • Baku Bakı 14°C

Dağlıq Qarabağ münaqişəsinin həlli İtaliyanın ATƏT-də sədrliyi dövründə prioritet olacaq

01.01.18 09:39 544
Dağlıq Qarabağ münaqişəsinin həlli İtaliyanın ATƏT-də sədrliyi dövründə prioritet olacaq
2018-ci ilin yanvarın 1-dən etibarən İtaliyaATƏT-ə sədrlik edəcək.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, İtaliya XİN-i ölkəninATƏT-də sədrliyinin əsas prioritetlərini açıqlayıb - Ukraynanın şərqindəki vəziyyətin Minsk razılaşmaları və danışıqların Normand formatına uyğun şəkildə nizamlanmasına tam siyasi dəstək veriləcək, Avropanın digər problemli nöqtələri olan Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı mövzularına xüsusi diqqət yetiriləcək.

Qeyd edək ki,ATƏT-ə sədrliyin İtaliyaya həvalə edilməsinə dair qərar hələ 2016-cı ilin iyulunda 57 üzv ölkə tərəfindən yekdilliklə qəbul edilmişdi. İtaliyanın o zamankı XİN rəhbəri Paolo Centiloni İtaliya sədrliyinin əsas vəzifələrinin Ukrayna böhranı vəATƏTməkanında dondurulmuş münaqişələrin həlli, miqrant və qaçqın probleminin nizamlanması olacağını bəyan etmişdi.

İtaliya XİN rəhbəri vəzifəsində P.Centilonini əvəzləyən Ancelino Alfano həmin tezisləri dəfələrlə təkrarlayıb.
banner

Oxşar Xəbərlər