• şənbə, 20 Aprel, 14:30
  • Baku Bakı 23°C

Dağlıq Qarabağ münaqişəsinə dair konfrans keçiriləcək

11.11.17 11:30 808
Dağlıq Qarabağ münaqişəsinə dair konfrans keçiriləcək
Avropa Parlamentində "Münaqişə zonalarında qadınların monoloqu" mövzusunda konfrans və virtual fotosərgi keçiriləcək.
"Report”un Fransa bürosu məlumat verir ki, tədbir Avropa Parlamenti üzvləri Kərim Sajjad və Heidi Hautalanın himayəsi ilə 7 dekabr tarixində Brüsseldə, Avropa Parlamentinin binasında baş tutacaq.
Konfrans və sərgiDağlıq Qarabağ, Kəşmir və Rohingya münaqişələrinə həsr ediləcək.
Tədbirin məqsədi davamlı sülhün yaradılmasında qadınların yaxından iştiraklarının əhəmiyyətini nümayiş etdirməkdir. Şəkillər vasitəsi münaqişə qurbanları olmuş qadın və uşaqların acı taleləri, üzləşdikləri faciələr zəminində yaşadıqları kədər dolu anlar dünya ictimaiyyətinə çatdırılacaq. Tədbirdə qadın və uşaqların münaqişələr zamanı yaşadıqları fəlakətlərlə yanaşı, onların insan təhlükəsizliyinin yaradılması və qorunması üçün malik olduqları potensiallardan danışılacaq. Qadınların və uşaqların yalnız münaqişə zəminində deyil, həmçinin münaqişədən sonra üzləşdikləri ağrılı və çətin anlar əks olunacaq.
Sərgidə Qəmbərov Rafiq, İsmayılov Məhəmməd, Litvin Oleq, Rəhman Anisur, Babayev Elnur, Əsgərov Xalid, Siddiqui Daniş, Həsənoğlu Mirnaibin fotoşəkilləri nümayiş etdiriləcək.
banner

Oxşar Xəbərlər