AZE | RUS | ENG |


Dağlıq Qarabağ münaqişəsi - Ermənistanın sosial-iqtisadi dalanı

Dağlıq Qarabağ münaqişəsi - Ermənistanın sosial-iqtisadi dalanı
Rusiyalı ekspertlər işğalçı ölkənin pat vəziyyətində olduğunu bildirirlər

Dağlıq Qarabağ münaqişəsi əvvəlki illərdə olduğu kimi, yenə də Ermənistan iqtisadiyyatına neqativ təsirini göstərməkdə davam edir. "Vestnik Kafkaza”nın rəyini öyrəndiyi ekspertlərin gəldiyi qənaət bundan ibarətdir. Onların qənaətinə görə, Ermənistanın geoiqtisadi şərtləri mütləq mənada qonşularla əməkdaşlığı nəzərdə tutur. Əksər ekspertlər Ermənistan vətəndaşlarının son illərdəki aşağı həyat şəraiti, iqtisadi uğursuzluqlarının səbəblərini yalnız münaqişənin həllini tapmamağında görürlər. Məsələn, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllini tapmamağı bu ölkənin iqtisadi problemlərində əsas rol oynayır. "Əgər münaqişə olmasaydı, respublika hər tərəfdən mühasirə vəziyyətinə düşməzdi. Ermənistan iqtisadiyyatının blokada vəziyyəti olmasaydı, şübhəsiz ki, ölkə vətəndaşları çox yaxşı vəziyyətdə yaşayardılar”, - deyə ekspert vurğulayıb. Onun qənaətincə, bu səbəbdən də Rusiyanın münaqişənin həlli ilə bağlı təklif etdiyi "Kazan formulu” optimal variantdır. "Bu plan Dağlıq Qarabağ ətrafında olan Azərbaycan rayonlarının azad olunmasını nəzərdə tutur. Bu ərazilər boş-boşuna qalıb. Bu, Ermənistan üçün iqtisadiyyatının qaldırılması üçün ən yaxşı variant ola bilər”, - deyə ekspert bildirib. Rusiyalı ekspert qeyd edib ki, geosiyasi reallıq belədir ki, Ermənistan mühasirə vəziyyətində sadəcə, normal inkişaf edə bilməz.
 
"Düzdür, ölkələrin mühasirə vəziyyətində müəyyən iqtisadi uğurlar əldə etməsinə dair nümunələr var. Lakin nəzərə almaq lazımdır ki, Ermənistan kiçik dövlətdir, özünün iqtisadi potensialı çox aşağıdır. Respublika açıq regional iqtisadiyyat rejimində tam şəkildə öz rolunu oynaya və xeyli mənfəət əldə edə bilər. Lakin münaqişə üzündən bundan məhrumdur. Belə demək mümkündürsə, Ermənistanın iqtisadi planda problemlərinin 90 faizi məhz blokadanın üzündəndir”, - deyə Sergey Markov bildirib. M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko isə Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin Ermənistanı necə dalana dirəməsini detalları ilə, ətraflı şərh edib. "Birincisi, Ermənistanın əlverişsiz coğrafi mövqeyi nəzərə alınmalıdır - onun dənizə çıxışı mövcud deyil. Hətta nəqliyyat marşrutu olacaq bir çayı da yoxdur, dünya ticarət yollarından kənardadır. Ermənistan həm də xarici bazara nəsə bir məhsul çıxarmaq imkanından məhrumdur - onun ətrafındakı kənd təsərrüfatı bazarları çoxdan tutulub, qiymətli daşlar və nadir minerallar məhdud sayda seqmentə malikdir. Başqa bir rəqabətədavamlı məhsulları da yoxdur. Bütün bunları daha da dərinləşdirən əsas problem isə sərhədlərin qapalı olmasıdır, xüsusən də Türkiyə tərəfindən onun bağlı qalmasıdır”, - deyə ekspert vurğulayıb. Bütün bunlarla yanaşı, ekspertin qənaətincə, Ermənistan hazırda pat vəziyyətindədir: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması siyasi iradə tələb edir. Bu, istiqamətdə dəyişikliklər isə sosial sabitsizliyə gətirib çıxara bilər”. 

Eksperti narahat edən başqa hal Ermənistanda antirusiya əhval-ruhiyyənin güclənməsidir. Onun fikrincə, bu hal nə vaxtsa partlayışa gətirib çıxara bilər. "Bu isə Ermənistanın vəziyyətini daha da ağırlaşdıra bilər. Mən hesab edirəm ki, Qarabağ münaqişəsi nizamlanmağa başlasa belə, vəziyyəti düzəltmək mümkün olmayacaq. Çünki ölkə daxilində çox güclü, güzəştə gedəcək istənilən hökumətə qarşı üsyan qaldıra biləcək Qarabağ klanı mövcuddur”, - deyə A.Fenenko bildirib.

Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayev isə öz növbəsində belə bir pat vəziyyətin əhalinin əhval-ruhiyyəsinə və onun digər ölkələrə, o cümlədən Rusiyaya necə təsir etməsinə toxunub. "Sözsüz ki, münaqişə və iqtisadi yolların bloklanması ictimai əhval-ruhiyyənin əsas markeridir. Qarabağ münaqişəsi Ermənistanın suverenliyinin qorunmasının əsas sərhədi kimi qəbul edilir”, - deyən ekspert əlavə edib ki, ölkənin iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün korrupsiyaya da son qoyulmalıdır: "Məhz bu hal hər bir ölkə vətəndaşının halına təsir edir”. Ekspert Ermənistanın digər dövlətlərdən asılılığına da toxunub. Əlavə edib ki, Rusiya hər zaman bu ölkənin təhlükəsizliyinin təminatçısı olub. "Lakin indi bu dəstək aşağı düşməkdədir. Rusiya faktiki olaraq bu rolu ABŞ, Böyük Britaniya və Avropa İttifaqına güzəştə gedir. Bu da rusofob əhval-ruhiyyənin artmasına gətirib çıxarıb”, - deyə N.İsayev bildirib. 

Sonda isə ekspert bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması fonunda sosial-iqtisadi problemlərin artması, Rusiyaya qarşı əhval-ruhiyyənin formalaşmasında da rol oynayır. İnsanlar ölkənin Rusiyanın iqtisadi və siyasi vektorunda olduğunu, eləcə də Rusiyadakı böhranı görüb, bunu hakimiyyətin bacarıqsızlığı, korrupsiyalaşması ilə izah edirlər. Şübhəsiz ki, bu zaman da bütün bədbəxtliklərini Rusiyanın ayağına yazırlar”, - deyə N.İsayev bildirib.
 
Azər


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6699
GBP 1 İngilis funt sterlinqi 2.3661
TRY 1 Türk lirəsi 0.4512
KWD 1 Küveyt dinarı 5.6551
SEK 1 İsveç kronu 0.2123
EUR 1 Avro 2.0849
CHF 1 İsveçrə frankı 1.7768
USD 1 ABŞ dolları 1.7001