• cümə, 29 Mart, 11:02
  • Baku Bakı 5°C

Dağlıq Qarabağ münaqişəsi beynəlxalq sülhə təhdid törədir

05.04.18 14:15 685
Dağlıq Qarabağ münaqişəsi beynəlxalq sülhə təhdid törədir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq sülhə təhdid törədir.
Trend-in məlumatına görə, bunu Lesotonun beynəlxalq əməkdaşlıq və xarci işlər naziri Leseqo Makqhoti Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələr qəbul etdiyini bildirən L.Makqhoti münaqişənin həllinin uzanmasından təəssüf hissi keçirdiyini diqqətə çatdırıb.
Lesotolu nazir dünyada münaqişələrin həlli istiqamətində BMT-nın səylərini artırmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, dünyada sülhün və sabitliyin təmin edilməsi üçün əməkdaşlığa ehtiyac var.
banner

Oxşar Xəbərlər