AZE | RUS | ENG |


Dağıstanda Azərbaycan vətəndaşı qanunsuz miqrasiya təşkil etdiyinə görə saxlanılıb

Dağıstanda Azərbaycan vətəndaşı qanunsuz miqrasiya təşkil etdiyinə görə saxlanılıb
Dağıstan hüquq-mühafizə orqanları əcnəbi vətəndaşların qeyri-qanuni miqrasiya vasitəsilə Rusiyaya girişini təşkil edən cinayətkar qruplaşma müəyyən edib.

"Report" Dağıstan KİV-inə istinadən xəbər verir ki, Dağıstan Baş Prokurorluğunun əməkdaşları Mahaçqala Sovet rayon məhkəməsinə Azərbaycan vətəndaşı Rahib Məmmədovla bağlı cinayət işi göndərib. O, qanunsuz miqrasiya təşkili maddəsi ilə cinayət törətməkdə və bilərəkdən saxta sənədlərdən istifadə etməkdə ittiham olunur.

İstintaq hesab edir ki, R.Məmmədov Azərbaycan vətəndaşlarının Rusiyaya qeyri-qanuni girişini təşkil etmək məqsədilə mütəşəkkil cinayətkar qruplaşma yaradıb və qruplaşmaya Mahaçqala şəhər VVAQ idarəsinin və Rusiya Federal Miqrasiya Xidmətinin Dağıstan üzrə immiqrasiya nəzarəti bölməsinin əməkdaşları daxildir. Saxta sənədlərin notarial təsdiqi onların sahiblərinə sərhəd keçid məntəqələrində ölkəyə girişi təmin edib.

2014-cü ilin avqustundan 2015-ci ilin iyul ayına qədər qruplaşma üzvləri 10 əcnəbi vətəndaşın Rusiya ərazisinə qanunsuz girişini təşkil edib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6280
GBP 1 İngilis funt sterlinqi 2.2440
TRY 1 Türk lirəsi 0.4395
KWD 1 Küveyt dinarı 5.6270
SEK 1 İsveç kronu 0.2015
EUR 1 Avro 1.9941
CHF 1 İsveçrə frankı 1.7189
USD 1 ABŞ dolları 1.7002