• cümə, 29 Mart, 05:55
  • Baku Bakı 7°C

“Dailykarabakh” saytının 1 yaşı tamam oldu

22.09.16 15:18 896
“Dailykarabakh” saytının 1 yaşı tamam oldu

Bu gün "Dailykarabakh” saytının yaranmasından bir il ötür. 5 dildə yayımlanan saytın əsas məqsədi Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır.

Saytın rəhbəri Emil Hüseynli bildirib ki, bir il müddətində əsas fəaliyyət Avropa ekspertərindən Qarabağ münaqişəsi ilə bağlı açıqlamaların alınması olub:

"Əsasən xarici dilli internet məkanı üçün nəzərdə tutulmuş bu saytda dünyanın tanınmış ekspertlərinin, analitik və politoloqların fikirlərinə ciddi önəm veririk. Çünki xarici dövlətlərinin cəmiyyətləri üçün dünya ekspertlərinin fikirləri daha çox inandırıcı görünür".

E.Hüseynli bildirib ki, Qarabağ münaqişəsi başlayandan indiyədək Azərbaycanın informasiya blokadasından çıxmaq üçün böyük işlər görülüb:

"Ermənistan da bu sahədə yerində saymır. Onlar da Avropa, dünya mediasında operativ xəbərlərin çatdırılması üçün fəaliyyətlərini davam etdirirlər. Ona görə də Azərbaycan mediasının nümayəndələri bu məsuliyyəti dərk edib, regionda olan prosesləri, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri Ermənistan mediasından daha çevik dünya mediasına ötürməlidirlər".

banner

Oxşar Xəbərlər