• cümə, 19 Aprel, 23:52
  • Baku Bakı 24°C

““Daily Mail”: “Əsədə 48 saat vaxt verildi”

26.08.13 16:00 1478
““Daily Mail”: “Əsədə 48 saat vaxt verildi”
“Suriya məsələsinin həlli üçün BMT TŞ-nin bütün üzvlərinin razılığı tələb olunmur”. Lent.az-ın məlumatına görə, musavat.com-un xarici xəbər agentliklərinə istinadən xəbər verir ki, bunu İngiltərənin xarici işlər naziri Uilyam Heyq deyib.
Böyük Britaniyanın dəniz qüvvələri artıq döyüş hazırlığı vəziyyətinə gətirilib. “Teleqraf” qəzetinin yazdığına görə, ABŞ-ın ardınca London da Suriyaya mümkün müdaxilə hazırlıqlarını gücləndirib. Heyq bilidrib ki, 21-ci əsrdə kiminsə kimyəvi silah tətbiq edib insanları öldürməsi və bu zaman cəzasız qalması mümkün deyil.
ABŞ və İngiltərənin hərəkətlərinə Fransa və Türkiyə də müdafiə eləməyə hazır olduqlarını bəyan ediblər. Ankara üstəlik, işarə edib ki, o, BMT-nin sanksiyası olmadan Bəşər Əsədə qarşı istənilən koalisiyaya qoşulacaq.
Öz növbəsində “Daily Mail” Suriyaya qarşı əməliyyatın yaxın 48 saatda başlayacağını istisna eləməyib. Bu müdaxilə qısa müddətli, lakin olduqca sarsıdıcı və güclü olacaq.
Son məlumatlara görə, ABŞ prezidenti Barak Obama və Britaniyanın baş naziri Devid Kemeron Suriyaya qarşı fəal hərəkətlərin vacibliyinə daha çox ölkəni inandırmağa çalışırlar.
Vəziyyətin bu cür inkişafından isə Rusiya ciddi şəkildə narahatdır. Bu gün xarici işlər naziri Sergey Lavrov Moskvada Suriya hadisələrinə dair təcili mətbuat konfransı keçirəcək.
banner

Oxşar Xəbərlər