• cümə axşamı, 25 aprel, 10:46
  • Baku Bakı 14°C

“Daha nə qədər adam ölməlidir ki...”

30.04.20 14:30 596
“Daha nə qədər adam ölməlidir ki...”
"Mançester Yunayted”in sabiq futbolçusu, hazırda televiziyada ekspert kimi çalışan Qari Nevil Premyer Liqanın bərpası ilə bağlı danışıb.
Kaspi.az xəbər verir ki, Nevill çempionatın dayandırılmasının tərəfdarı olduğunu bildirib. O, bu məsələdə iqtisadi amilin yox, insan sağlamlığının önəmli olduğunu deyib:
"Daha nə qədər adam ölməlidir ki, çempionat bərpa olunmasın? Futbolçular, klub əməkdaşları ölməlidir? Biz hansı riskə getməliyik?
Burda əsas məsələ maliyyə ilə bağlıdır. Mən hesab edirəm ki, əgər iqtisadi maraqlar olmasaydı, onda heç bir sual da yaranmayacaqdı.
FİFA-nın tibbi ekspertlərindən biri mənə dedi ki, idman yarışları sentyabra qədər keçirilməməlidir. Əgər iqtisadi maraqlar olmasa, onda futbol aylarla yada düşməz.
Klublar bu mövsüm üçün böyük investisiya yatırıblar. İndi mənzərəyə baxın və fikirləşin. Məsələn, xeyli vəsait xərcləyən "Lids” Premyer Liqaya çıxmağa iddialıdır. Amm indi onları böyük maliyyə itkisi gözləyir.
Bu da insanların başını dumanlandırır, sağlamlıq üçün yaranmış ciddi riski görmürlər”.
banner

Oxşar Xəbərlər