AZE | RUS | ENG |

Daha iki yaşayış məntəqəsinə qaz çəkiləcək

Daha iki yaşayış məntəqəsinə qaz çəkiləcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyində regionalarda qazlaşdırma tədbirlərinin davam etdirilməsi məqsədi ilə əlavə olaraq 2 yaşayış məntəqəsinə də qaz çəkilişi məsələləri nəzərdən keçirilir.
Trend "Azəriqaz”a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti Administrasiyasının tövsiyyəsi, eləcə də yerli icra hakimiyyəti orqanının, sakinlərin müraciətləri nəzərə alınaraq gələn həftənin birinci günündən Mingəçevir şəhərinin "Vaqonlar evi” adlanan ərazisində 300 evin qazlaşdırılmasına başlanılacaq.
Bundan başqa, sakinlərin kollektiv müraciəti, eləcə də hazırda qazlaşma işləri aparılan Lerik rayonunun Vizəzəmin kəndinə çox yaxın olması nəzərə alınaraq bu rayonun Cəngənəvud kəndinin qazlaşdırılması layihəsi də hazırlanır. İşlərə avqust ayının sonlarında start verilməsi planlaşdırılır.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973