• cümə, 19 Aprel, 11:53
  • Baku Bakı 13°C

Daha iki ölkədə yeni növ koronavirusa yoluxma halı qeydə alınıb

27.02.20 10:22 861
Daha iki ölkədə yeni növ koronavirusa yoluxma halı qeydə alınıb
Rumıniyada yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb.
Trend-in məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyinin dövlət katibi Horatsiu Moldovan deyib.
Onun sözlərinə görə, yoluxma halı Qorj qəzasında yaşayan şəxsdə aşkarlanıb. Bildirilir ki, bu şəxsə virus 18-22 fevral tarixində ölkədə səfərdə olan İtaliya vətəndaşından keçib.
Bundan əlavə, Norveçdə də yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb.
Bildirilir ki, yoluxan şəxs Tromsö şəhərinin sakinidir.
Qeyd edək ki, yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 78,4 mini ötüb, onlardan 2744 nəfəri ölüb, 29,7 min nəfər isə sağalıb.
banner

Oxşar Xəbərlər