• cümə axşamı, 28 mart, 18:15
  • Baku Bakı 13°C

"Daha çox problemlər siqaretlərlə bağlıdır" - Aydın Əliyev

21.09.16 16:01 945
"Daha çox problemlər siqaretlərlə bağlıdır" - Aydın Əliyev
"Təəssüflər olsun ki, bəzi "iş adamları" və vətəndaşlar onlara verilmiş imtiyazlardan sui-istifadə edərək bəzi məhsulları istehlak məqsədi üçün gətirir, sonra isə satışa çıxarır".

"APA-Economics" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

"Mən bunu dəfələrlə qeyd etmişəm, bir daha qeyd etmək məcburiyyətindəyəm. Bəzi "iş adamları və ya vətəndaşlar, xüsusilə sərhədyanı bölgələrində yaşayanlar, onlara qanunla verilən imtiyazlardan sui-istifadə edir. Nəticədə onlar bir sıra məhsulları şəxsi istehlak üçün gətirdiyini bəyan etsə də, sonradan o məhsulları satışa çıxarır. Bəli, daha çox problemlər siqaretlərlə bağlıdır. Lakin artıq normativ-hüquqi baza ayda yalnız 1 dəfə 3 blok siqaretin gətirilməsinə imkan verir. Təəssüflə onu da qeyd etməliyəm ki, bundan da sui-istifadə edənlər var. Son zamanlar elə bir gün yoxdur ki, gömrükçülər qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda siqaret keçirilməsinin qarşını almasın. Siqaret qaçaqmalçılıq faktlarına daha çox Gürcüstan, İran, Rusiya istiqamətində rast gəlinir", - deyə sədr qeyd edib.
banner

Oxşar Xəbərlər