• cümə, 29 Mart, 13:13
  • Baku Bakı 14°C

Daha bir ulduz “söndü”

18.12.17 12:05 1941
Daha bir ulduz “söndü”
Braziliya millisinin və "Milan”ın sabiq futbolçusu Kaka futbolçu karyerasını bitirib.
Kaspi.az xəbər verir ki, ulduz futbolçu bu barədə şəxsi "Tvitter” səhifəsində məlumat verib:
"Xəyal etdiyimdən daha artıq idi. Təşəkkürlər. İndi yeni macəraların vaxtıdır”.
Kaka 2002-ci ildə Braziliya millisinin heyətində dünya çempionluğunu qazanıb. O, 2007-ci ildə, "Milan”da çıxış etdiyi zaman "Qızıl top” mükafatına sahib çıxıb.
35 yaşında butslarını mismardan asan Kaka, karyerası ərzində "San Paolo”, "Real”, "Milan” kimi komandalarda top qovub. Onun son iş yeri ABŞ-ın "Orlando Siti” klubu olub.
banner

Oxşar Xəbərlər