• cümə axşamı, 28 mart, 14:12
  • Baku Bakı 16°C

Daha bir sayğac oğrusu məsuliyyətə cəlb olunub

02.05.21 12:45 1306
Daha bir sayğac oğrusu məsuliyyətə cəlb olunub
"Azəriqaz” İstehsalat Birliyinin şikayəti əsasında daha bir sayğac oğrusu məsuliyyətə cəlb olunub.
Kaspi.az xəbər verir ki, bu barədə "Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, 1989-cu il təvəllüdlüQurbanov Hafiz Kazımoğlu cinayət məcəlləsinin 177-ci maddəsinin tələbləri əsasında cəzalandırılıb. O, Nəsimi rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Bakı Regional Qazın Satışı Departamentinin Hüquq şöbəsinin rəisi Röyal Süleymanov bildirib ki, oğurluq etməklə Birliyə ziyan vurmuş həmin şəxs barəsində məhkəmənin 11 mart 2021-ci il tarixdə qəbul olunan hökmü artıq qanuni qüvvəsini alıb.
Onun sözlərinə görə bundan sonra da "Azəriqaz” İB-yə məxsus əmlak oğurlandığı təqdirdə dərhal hüquq-mühafizə orqanlarına müraciət ediləcək.
banner

Oxşar Xəbərlər