• cümə, 19 Aprel, 17:31
  • Baku Bakı 25°C

Daha bir QHT rəhbəri Sülh Platformasına qoşulub

23.01.17 13:50 920
Daha bir QHT rəhbəri Sülh Platformasına qoşulub
"Qafqazın Qovuşma Nöqtəsi” adlı qeyri-hökumət təşkilatının (QHT) rəhbəri Mişel İvor Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub.
APA-nın məlumatına görə, Mişel İvorun bununla bağlı yaydığı bəyanatda deyilir:
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyiniqəbul edərək, Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir daha qeyd edərək,BMTTəhlükəsizlik Şurasının müvafiq qətnamələrinin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edərək,ATƏT-in Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq və bu fəaliyyəti dəstəkləyərək, erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürlərinin yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edərək, xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək, təşkilat adından mən - Mişel İvor bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan "Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulmağımı təsdiq edirəm”.
banner

Oxşar Xəbərlər