• çərşənbə, 24 Aprel, 19:15
  • Baku Bakı 23°C

Daha bir neçə idmançımız mübarizəyə başlayacaq

22.06.19 14:00 557
Daha bir neçə idmançımız mübarizəyə başlayacaq
Bu günAzərbaycanın daha bir neçə idmançısıBelarusun paytaxtı Minskdəki II Avropa Oyunlarında mübarizəyə başlayacaq.
"Report" xəbər verir ki,cüdo, boks, gimnastika, stend atıcılığı və sambonövlərində çıxış edənlər ikinci yarış günündə qüvvələrini sınayacaq.
İlk olaraq, günün erkən saatlarında stend atıcılığındaƏli Hüseynlimübarizəyə qoşulacaq. Daha sonra samboçular medal qazanmağa cəhd göstərəcəklər.Mehman Xəlilov(57 kq) belaruslu Burds Vladislavla,Emil Həsənov(68 kq) rumıniyalı Soke Laslo-Joltla,Ceyhun Hüseynov(82 kq) gürcüstanlı Berulava Besarioni ilə,Gözəl Zutova(72 kq) isə fransalı Laroz Camiylə üz-üzə gələcək. İdmançıların hamısı yarışa 1/4 finalda start verəcək.
Cüdoçuların mübarizəsində də ilk günün qalibləri bəlli olacaq. qadınlardanAişə Qurbanlı(48 kq) rumıniyalı Aleksandra Popu,Gültac Məmmədəliyevavə Larisa Aleksandra Florian (hər ikisi 52 kq) müvafiq olaraq, finlandiyalı Katri Kakko və polşalı Karolina Pienkovskanı, İçinxorloo Munxtsedev (57 kq) gürcüstanlı Eteri Lipartelianini sınağa çəkəcək. KişilərdənOrxan SəfərovvəKəramət Hüseynov(hər ikisi 60 kq) müvafiq olaraq, David Starkel (Sloveniya) və Matyaj Trboviç (Sloveniya), Nicat Şıxəlizadə (66 kq) ukraynalı Boqdan Yadovla güləşəcək.
Azərbaycan boksçularından isə daha 4-ü ikinci yarış günündə rinqə çıxacaq.Cavid Çələbiyev(60 kq) Nikola İvkoviçlə (Bosniya və Herseqovina), Lorenso Sotomayor (69 kq) Qurgen Madoyanla (Ermənistan), Kamran Şahsuvarlı (75 kq) Giorgi Harabadze (Gürcüstan), Alfonso Dominges (81 kq) isə ukraynalı Stepan Qrekulla döyüşəcək. Bu gün 3 gimnast da mübarizəyə başlayacaq. Bədii gimnastikada Zöhrə Ağamirova, akrobatikada isə Ruhidil Qurbanlı və Abdulla Əl-Məşeyxi bacarıqlarını nümayiş etdirəcək.
Qeyd edək ki, ilk yarış günündə boksçulardan Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) ilk görüşlərində məğlub olaraq mübarizəni dayandırıb. Tayfur Əliyev (56 kq) isə qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Ölkənin kamandan oxatma növündə yeganə təmsilçisi Ozay Qasımova isə 1/32 finala vəsiqə qazanıb.
banner

Oxşar Xəbərlər