Daha bir nazirlikdə kadr islahatları başlandı

Daha bir nazirlikdə kadr islahatları başlandı

Cəmiyyət
28 Oktyabr 2013, 12:00 882
APA-nın xəbərinə görə, nazirliyin aparat rəhbəri Elnur Kələntərov vəzifəsindən çıxarılıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müvafiq əmri ilə nazirliyin aparat rəhbəri vəzifəsinə Əjdər Feyzulla oğlu Cəbiyev təyin edilib.

E. Kələntərov APA-ya açıqlamasında xəbəri təsdiqləyib. O bildirib ki, nazirlikdə ona yeni vəzifə verilib: “Belə ki, bundan sonra nazirliyin maliyyə idarəsinin rəis müavini vəzifəsində çalışacağam. Artıq bu vəzifəyə təyin olunmuşam və bu gündən yeni işdə fəaliyyətə başlamışam. Mən hər zaman dövlətə və hökumətə sadiq bir insan olmuşam. Bundan sonrakı fəaliyyətimdə bu sadiqliyimi davam etdirəcəyəm”.