Daha bir məşhur futbolçu karyerasını bitirməyə hazırlaşır
Leverkuzen "Bayer”inin futbolçusu Ştefan Kisslinq karyerasını bitirə
bilər.
Kaspi.az xəbər verir ki, "Bayer”in baş məşqçisi Xeyko Xerrlinq
Kisslinqə etimad göstərmir. O, yeni mövsümdə cəmisi 2 qarşılaşmada sonradan
meydana daxil olub.
33 yaşlı futbolçunun mövsümün sonunu gözləməyərək, karyerasını qışda
bitirə biləcəyi deyilir. Kisslinqin "Bayer”lə qüvvədə olan müqaviləsi 2018-ci
ilin yayına qədər nəzərdə tutulub.