• cümə, 29 Mart, 03:21
  • Baku Bakı 7°C

Daha bir futbolçumuz Türkiyə klubunda!

14.08.13 13:52 1216
Daha bir futbolçumuz Türkiyə klubunda!
Daha bir azərbaycanlı futbolçu növbəti mövsümdən karyerasını Türkiyədə davam etdirəcək.
Milli.Az Azerisport.az-a istinadən xəbər verir ki, bu, qapıçı Davud Kərimidi.
O, PTT Birinci Liqada mübarizə aparan "Fethiyespor"la anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, sözügedən klub qapıçımızla 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 29 yaşlı qolkiper “Rəvan”dan ayrıldıqdan sonra birinci divizion təmsilçisi "Neftçala"da çıxış edirdi.
Maraq üçün bildirək ki, Kərimi xeyli müddət idi Türkiyənin “Kahramanmaraşspor” klubunda baxışda idi. Amma o, Fərid Quliyevlə Murad Axundzadənin çıxış etdiyi bu komanda ilə anlaşa bilmədi. Nəticədə, qapıçı başqa klubla müqavilə bağlamalı olub.
banner

Oxşar Xəbərlər