• cümə axşamı, 18 aprel, 20:15
  • Baku Bakı 21°C

Daha bir erməni təxribatının qarşısı alındı - Cəbhədən xəbər

26.07.14 08:36 1372
Daha bir erməni təxribatının qarşısı alındı - Cəbhədən xəbər
İyulun 25-dən 26-a keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Goranboy rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.
Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri itki verərək geri çəkilməyə məcbur edilib.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib.
banner

Oxşar Xəbərlər