AZE | RUS | ENG |

Daha bir əfsanə karyerasını bitirir

Daha bir əfsanə karyerasını bitirir
Mövsümün sonunda daha bir futbol ulduzu karyerasını bitirəcək. 
 
Kaspi.az xəbər verir ki, "arsenal”ın qapıçısı Peter Çex belə qərar qəbul edib. Bu barədə 36 yaşlı qapıçı özü məlumat verib: 
 
"Bu, mənim peşəkar karyeramda 20-ci mövsümüdür. Hiss edirəm ki, getmək vaxtı çatıb. Mövsümün sonunda futboldan gedəcəyəm. 
 
Premyer Liqada 15 il çıxış etmişəm. Və demək olar ki, bütün titulları qazanmışam. Hesab edirəm ki, arzuladığım bütün hədəflərə çatmışam.
 
Mövsümün sonuna qədər "arsenal”ın uğurları üçün bütün qüvvəmi sərf edəcəyəm. Ondan sonra baxaq, görək tale mənə futboldan kənarda nə bəxş edəcək”. 
 
Çex 2004-cü ildə "Çelsi”yə keçib. 2015-ci ildən isə "Arsenal”da çıxış edir. 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN