• cümə axşamı, 28 mart, 21:34
  • Baku Bakı 13°C

Daha bir əfsanə karyerasını bitirdi

08.10.18 10:35 607
Daha bir əfsanə karyerasını bitirdi
"Çelsi”nin əfsanəvi futbolçusu Con Terri karyerasını bitirib.
Kaspi.az xəbər verir ki, bu barədə Terri özü məlumat verib. O, "instaqram”da belə yazıb:
"Futbolda keçirdiyim 23 illik inanılmaz karyeradan sonra qərara gəldim ki, getmək vaxtıdır”.
Terri "Çelsi”də 1995-ci ildən çıxış edirdi. Bu müddətdə "təqaüdçülər”in heyətində 702 oyun keçirib, 65 qol vurub.
O, 5 dəfə İngiltərə çempionu, ÇL-in və Avropa Liqasının qalib olub. 2017-ci ildə "Çelsi”dən ayrılan Terri, bir mövsüm "Aston Villa”da çıxış edib.
banner

Oxşar Xəbərlər