Daha bir əfsanə futbolla vidalaşdı

Daha bir əfsanə futbolla vidalaşdı

İdman
18 May 2013, 08:55 954
İtaliyanın “Yuventus” klubunda uzun müddət forma geyən futbolçu karyerasına son qoyduğunu bildirdi.

Milli.Az sporx-a istinadən xəbər verir ki, 35 yaşlı qoleador ikinci liqaya düşən “River Plate” klubunu qolları ilə yenidən 1-ci liqaya qaldırmaqla vacib bir rol oynamışdı.

Bu mövsüm 10 oyunda forma geyən Trezeqe sol dizindən əməliyyat olunmuşdu. Bu əməliyyatdan sonra bərpa olunmaması nəticəsində təcrübəli oyunçu futbolla vidalaşdığını və bir də geri dönməyəcəyini açıqladı.