• şənbə, 20 Aprel, 08:48
  • Baku Bakı 14°C

Daha bir dünya brendi Alov Qüllələrində

22.04.14 15:29 1316
Daha bir dünya brendi Alov Qüllələrində
Kənardan Alov Qüllələrində istirahət bir çoxları üçün əlçatmaz görünsə də, əslində burada gözəl vaxt keçirmək çox münasibdir. Hətta son zamanlar yeni ailə qurmuş cütlüklər də evliliyin ilk günlərini Fairmont otelində keçirməyə üstünlük verirlər. B
urada yaradılmış ESPA Spa mərkəzi isə onların istirahətinə daha da rəng qatır. Əcnəbi turistlərin ən sevdiyi məkan olan Fairmont otel və ESPA spa mərkəzinin xidmətlərindən sizlər də çox rahatlıqla istifadə edərək, istirahətdən zövq ala bilərsiniz.
Bakının müasir simvoluna çevirilmiş Alov qüllələrində yerləşən və dünyanın məşhur brendlərindən olan ESPA, şəhərimizdə fəaliyyət göstərən digər Spa mərkəzləri ilə müqayisədə daha münasib qiymətlər təklif edir. Bu mərkəz xüsusi sifarişlə hazırlanmış mozaik hovuz döşəməsi və isti aneqri parketindən tutmuş dizaynda istifadə olunmuş qırmızının göz oxşayan çalarlarınadək özündə dəbdəbəni və eleqantlığı təcəssüm etdirir. Geniş günəş terraslı və hovuzkənarı saunalı Sky Garden-dən açılan nəfəskəsici Xəzər dənizi mənzərəsi isə qonaqlara mükəmməl spa effekti bəxş edir. Dünyanın ən öncül SPA mərkəzlərindən olan ESPA, bura üz tutanlara böyük hamam, çoxfunksiyalı müalicə otaqları, ekspres müalicə otaqları, buxar otaqları, fitnes zal, relaksasiya hovuzları, meditasiya studiyası, kitabxanalı SPA Kafe, sauna, buxar otaqları, buz fontanları, gözəllik studiyasını və digər xidmətlərdən istifadə etməyi təklif edir.
Bu mərkəzdə yalnız ESPAya məxsus məhsullardan istifadə edilir ki, onlar da unikal olduqları qədər də effektivdirlər, bu vasitələr hər gün dünyanın 55 ölkəsində yüksək təlimli və olduqca peşəkar terapevtlər şəbəkəsi tərəfindən tətbiq olunur. Ailə həyatına yeni qədəm qoyan cütlüklərə ilk günlərini gözəl keçirmək üçün nəinki xaricə üz tutmaq, heç şəhərdən kənara çıxmağa da ehtiyac yoxdur, Alov Qüllələrində yerləşən Fairmont otelə gəlin və ESPAnın təklif etdiyi xidmətlərdən istifadə edərək uzun illər yaddaşınızdan silinməyəcək günlər yaşayın.

banner

Oxşar Xəbərlər