• cümə, 29 Mart, 11:02
  • Baku Bakı 5°C

Daha az resurslarla daha səmərəli sistem

18.01.19 11:45 861
Daha az resurslarla daha səmərəli sistem
Son günlər ölkə mediasında dövlət idarəetmə sistemində islahatlar mövzusu geniş müzakirə olunur, ayrı-ayrı siyasətçilər və ekspertlər mövzu ilə bağlı fikirlər səsləndirirlər. Etiraf etmək lazımdır ki, mövzu öz-özlüyündə cəmiyyət üçün maraqlı olduğudan mediadakı həmin müzakirələr də cəmiyyət tərəfindən maraqla qarşılanır. Ölkə prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan 11 yanvar 2019-cu il iclasındasəsləndirdiyi islahat fikirləriən yüksək səviyyədə bu barədə fikirin formalaşdığını göstərdi vəartıqbirneçəfərmanla dövlət başçısı iclasda səsləndirdiyi fikirləri reallaşdırmağa başlamışdı.
Ərəbcədən dilimizə keçmiş İslahat (al`islah) qərb siyasi leksikonunda istifadə olunan latın mənşəlireformosözünün qarşılığıdır, yəni yenidən təşkil, formanı dəyişmək və yeni məzmun vermək kimi başa düşülür, bu mənada başlamaqda olan dəyişikliklərin məntiqi və Prezidentin hədəflədiyi nəticələr tam olaraq bu məntiqlə uzlaşmaqdadır. Texniki detalları qırağa qoysaq (nə, haraya, necə birləşir və s.) bütövlükdə prosesin özü maraqlıdır. Etiraf etməliyik ki, kifayyət qədər şişirdilmiş bürokratik sistem həm də bir sosial faktor kimi xeyli vətəndaşa təsir etdiyindən onun islahatı da bir sıra risklər yarada bilər. İdealda bu kimi islahatlar iqtisadiyyatın artım dövrü ediləndə yuxarıdakı risklər daha asan idarə olunur, amma realda çox vat belə olmur, bir çox ölkələrin təcrübəsi də buna sübutdur.
Prezident İlham Əliyev -"...Bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”, - tezisləri problemin müəyyənləşməsi və onun həlli ilə bağlı dünyada qəbul olunmuş "hazır reseptlər”dən istifadə olunacağına dair aydın bir mesaj idi. Zaman bütün sahələrdə olduğu kimi, dövlət idarəetməsi və bürokratik sistem-cəmiyyət arasındakı münasibətlərlə bağlı yeni çağırışlarla yanaşı, həm də yeni vəzifələr və tələblər müəyyənləşdirir. Əgər 15 il bundan qabaq əsas hədəf "dövlət siyasətinin hazırlayıb həyata keçirilməsi” ilə "təsərrüfat” (yəni cari, operativ idarəçiliyi) bir-birindən ayıraraq müasir sistem qurmaq idisə (böyük ölçüdə buna nail olunmuşdu) indiki zamanda artıq tam olaraq keyfiyyət kriteriyalarından iləri gələn, prezidentin hədəflədiyi daha yığcam, çevik və səmərəli idarəetmə modelini qurmaq kimi müəyyənləşmişdir.
Dövlət başçısının son fərmanlarından da aydın görünür ki, burda hədəf siyasət hazırlayan nazirliklərlə bu işi həyata keçirən orqanların (agentliklərin, xidmətlərin) səlahiyyət sərhədlərinin müəyyənləşməsi, səmərəli idarəetmə sistemi qurmuş ölkələrdə olduğu kimi4E prinsipinin tətbiqi (Economy/qənaətlilik, Efficiency/səmərəlilik, Effectiveness/məhsuldarlıq və Ethic/etik)ilə keyfiyyətcə yeni məzmunlu idarəetmə sisteminin yaradılmasından bəhs etmək olar. Bu mərhələyə qədər prezidentin təşbbüsü ilə elektron hökümət və idarətmə istiqamətində atılan addımlar və işlək mexanizmlərin yaradılması (məsələn ASAN Xidməti) yuxarıdakı prinsiplərin bir aprobasiyası idi.
Qısası, prezidentin hədəfi idealda minimal dövlət anlayışından irəli gələn işlək bir sistemin qurulması kimi görünməkdədir. Burda formul sadədir:
1. Fəaliyyətə/xidmətə gərək varmı? Yoxdursa aradan qaldır;
2. Zərurət varsa, bu xidmətin dövlət tərəfindən həyata keçirilməsi lazımdırdımı? Lazım deyilsə, özəlləşdir;
3. Lazımdırsa, dövlətin maliyyələşdirməsi, nəzarəti və müşahidəsi altında həmin xidmət özəl təşkilatlar tərəfindən həyata keçirilə bilərmi? Həyata keçirilə bilərəsə, həmin xidməti onlardan satın al;
4. Həyata keçirməsi mümkün deyilsə, o zaman səlahiyyətli və muxtar (özünü idarə edən) bir dövlət qurumu bu işləri həyata keçirə bilərmi? Bunu dövlət qurumu edəcəksə, ən mükəmməl şəkildə etməlidir.
1980-ci illərdə Böyük Britaniyadakı dövlət idarəetməsindəki islahatlarda istifadə olunan bu formul, ölkəmiz üçün də aktualdır. Son illər ölkə rəhbərliyinin hayata keçirdiyi optimallaşma və yuxarıda sadaladığım bəzi qərarlar/tədbirlər də (məsələn, ictimai və dövlət xidmətlərinin həyata keçirməsi üçün Publik Hüquqi Şəxslərin, yəni kvazi-dövlət qurumları vasitəsilə idarəetmə yükünün paylaşılması) bu məntiqdən hərəkət edildiyinə doğru işarədər. Hazırda başlanğıc nöqtəsində dayandığımız bu proses, təbii ki, qısa zaman almayacaq, müxtəlif mərhələlərdə daha da dərinləşəcək, geniş özəlləşdirmə, dövlətsizləşdirmə tədbirləri ilə müşahidə ediləcək. Yəni idarəetmədəki gözlənilən (və ya həyata keçirilməyə başlanılmış) islahatlar geniş bir prosesin tərkib hissəsi kimi özünü biruzə verəcəkdir.
Anar İBRAHİMOV, politoloq
banner

Oxşar Xəbərlər