Daha 30 tələbə Azercell-də təcrübə keçmək imkanı qazandı
Azercell
Telekom-un tələbələr üçün elan etdiyi "Yay Təcrübə Proqramı-2016”-a qəbul və
seçimlər artıq başa çatdı. Aparılan seçimlər nəticəsində 30 nəfər məzun və tələbə
bu yay Azercell-in təcrübə proqramında iştirak etmək imkanı qazanıb. Əsasən Azərbaycan
Diplomatik Akademiyası, Qafqaz Universiteti və Bakı Dövlət Universiteti tələbələrinin
yer aldığı "Yay Təcrübə Proqramı” telekommunikasiya sahəsinin lideri olan Azercell-də
təcrübə keçmək imkanı qazandıraraq universitetlərdə öyrəndikləri nəzəri bilikləri
real iş şəraitində tətbiq etmək şansı yaradır. "Yay Təcrübə Proqramı"
çərçivəsində mərhələlərlə seçilən gənclər 2 ay müddətində şirkətdə işləyib təcrübə
qazanmaq imkanı əldə edirlər. Bundan əlavə, tələbələr telekommunikasiya sənayesi barədə
birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrdə iştirak
edirlər. Bu proqram gənclərin gələcək karyera inkişafına da yardımçı olur. Məlumat
üçün bildirək ki, 16-25 may tarixlərində keçirilən seçimlərin ilk
mərhələsi təqdim olunan müraciət formalarının dəyərləndirilməsindən ibarət olub.
Növbəti mərhələyə dəvət almış tələbələr və məzunlar isə müxtəlif testlər,
çalışmalar və müsahibələr vasitəsilə seçiliblər. Dəyərləndirmələr zamanı
tələbələr və məzunlar akademik fəaliyyətləri, ixtisas üzrə nəzəri
bilikləri və maraqları sayəsində fərqləniblər. Son seçim turu dəyərləndirmə və
üz-üzə keçirilən müsahibələrdən ibarət olub.
Sentyabrda başa çatacaq təcrübə proqramının sonunda gənclərə Azercell tərəfindən sertifikatlar təqdim olunacaq. Onu da bildirək ki, indiyə qədər 103 tələbə Azercellin "Yay Təcrübə Proqramı” çərçivəsində şirkətdə təcrübə keçmək imkanı qazanıb.
Qeyd edək ki, Azercell Telekom daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur.