DAA BMT-nin İqtisadi və Sosail Şurası tərəfindən qeydiyyata alındı
Dünya
Azərbaycanlıları Assambleyası Birləşmiş Millətlər Təşkilatının İqtisadi və
Sosial Şurası tərəfindən qeydiyyata alınıb. "Bundan sonra Dünya Azərbaycanlıları
Assambleyası BMT-nin toplantılarına qatıla, öz təklif və tövsiyyələri ilə çıxış
edə bilər, BMT-nin İqtisadi və Sosial Şurasının fəaliyyəti proqramlarına özünün
tövsiyyələrini irəli sürə bilər. Bununla Assambleya həmçinin BMT rəhbərliyi ilə
birbaşa əlaqə imkanlarına sahibdir”- deyə DAA-ya ünvanlanmış məktubda deyilir.
Qeyd edək ki, Assambleya bir neçə gün öncə Avropa İttifaqı və Avropa Parlamentində də lobby qurumu olaraq qəbul edilib, Avropanın mötəbər qurumlarına birbaşa çıxış imkanı əldə edib.
DAA sentyabrın 6-da Alman Federativ Respublikası məhkəmə orqanı və ədliyyə orqanı tərəfindən beynəlxalq ictimai təşkilat olaraq qeydiyyata alınıb.