• cümə axşamı, 28 mart, 20:41
  • Baku Bakı 13°C

DAA: Almaniya avtomobil sənayesi birfaizli artıma ümid edə bilər

20.08.19 18:30 9424
DAA: Almaniya avtomobil sənayesi birfaizli artıma ümid edə bilər
Almaniya Avtomobil İstehsalçıları Assosiasiyasının (DAA) dərc etdiyi analitik hesabatda Avropa İttifaqı ölkələrinin avtomobil istehsalında və bazarında trendlər xarakterizə olunur.
AZƏRTACxəbər verir ki, assosiasiyada ötən səkkiz ildə dünya avtomobil sənayesinin böhrandan tədricən çıxdığı, sahənin ciddi olsa da, sabit artım nümayiş etdirdiyi hesab olunur. Hazırda Çin avtomobil bazarında vəziyyət daha yaxşıdır (bu bazarın payına yeni satılan bütün avtomobillərin 29 faizi düşür). İkinci yerdə ABŞ, daha sonrakı yerlərdə Yaponiya, Hindistan və Almaniya gəlir. Almaniya bu yolla Avropada ən iri avtomobil bazarı kimi qalmaqda davam edir. Buna baxmayaraq ki, alman istehsalçıları 2009-cu ilin rekord artımını (+3 faiz) təkrarlaya bilməyiblər. 2019-cu ildə analitiklər bir faiz hüdudlarında artım gözləyirlər. Bu isə o deməkdir ki, alman bazarı öz inkişaf sürətini azaldacaq. Yaxşı gözləntilər Fransaya aid edilir. Sənəddə deyilir ki, ölkə bu sahədə ikifaizli artıma nail ola və 10 il bundan əvvəlki tarixi istehsal zirvəsinə çata bilər.
Tədqiqat müəlliflərinin fikrincə, İtaliya bazarı 2018 və 2019-cu illərdə azı bir faiz azalacaq və nəticədə 2007-ci il səviyyəsindən aşağı düşəcək. Daha əvvəl, 2013-2017-ci illərdə İtaliyada bu sahənin 11 faizi ötüb keçən alqı-satqı və artım bumu yaşanıb. Daha pis vəziyyət Böyük Britaniyada ola bilər. Bu ölkədə dizel yanacağından istifadəyə məhdudiyyət və havanın keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı planlar, həmçinin istehlakçıların alıcılıq qabiliyyətinin aşağı düşməsi və Brexit səbəbindən qətiyyətsizlik yeni avtomobillərin satılmasına öz mənfi təsirini göstərir. Bununla bağlı Britaniya bazarının bu il 6 faiz aşağı düşməsindən sonra gələn il daha 3 faizli növbəti azalmanı gözləmək mümkündür.
banner

Oxşar Xəbərlər