• cümə, 29 Mart, 17:19
  • Baku Bakı 14°C

DÇ-yə biletləri ən çox hansı ölkələr alıb?

18.04.18 11:30 988
DÇ-yə biletləri ən çox hansı ölkələr alıb?
FİFA DÇ-2018-in oyunlarına bilet satışı ilə bağlı hesabatı açıqlayıb.
Kaspi.az xəbər verir ki, indiyə qədər 1 698 049 bilet satılıb. Bu biletlərin təxminən yarısını, 796 875-ni (46,9%) rusiyalı azarkeşlər alıblar.
Maraqlıdır ki, yığma komandası mundialda iştirak etməyən ABŞ vətəndaşları da DÇ-yə böyük maraq göstərirlər. Bilet alanlar sırasında ABŞ ikinci yerdədir. Bu ölkənin vətəndaşları 80 161 bilet alıb.
Sonrakı yerləri Braziliya (65 863), Kolumbiya (60 199), Almaniya (55 136), Meksika (51 736), Argentina (44 882), Peru (38 544), Çin (36 841), Avstraliya (34 628) və İngiltərə (30 711) tutur.
banner

Oxşar Xəbərlər