• cümə, 29 Mart, 17:44
  • Baku Bakı 14°C

DÇ-ni boykot etmək faciə olacaq - İngilis yazıçı

24.03.18 10:15 747
DÇ-ni boykot etmək faciə olacaq - İngilis yazıçı
Məşhur ingilis yazıçı Duqi Brimson İngiltərənin Rusiyada keçiriləcək dünya çempionatını boykot etməsi ilə bağlı səslənən çağırışlara münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Brimson DÇ-ni boykot eməyin İngiltərə yığıması üçün faciə olacağını bildirib. O, hazırkı situasiyada hadisələrin necə cərəyan edəcəyini proqnozlaşdırmağın da çətin olduğunu deyib:
"Əgər siz bu sualı mənə iki həftə əvvəl versəydiniz, onda əminliklə deyərdim ki, yığma DÇ-yə gedəcək. Ancaq hazırda baş verənləri nəzərə alsaq, hər şey mümkündü.
Hesab edirəm ki, dünya çempionatını boykot etmək faciə olacaq. Siyasəti futbola qarışdırmaq olmaz. Axı biz o agentin məhz Rusiya tərəfindən zəhərləndiyi barədə heç bir fakta sahib deyilik. Bunu rusların etdiyi sübut olunmayıb”.
banner

Oxşar Xəbərlər