DÇ-2026 üçün şəhərlər müəyyənləşdi
2026-cı ildə dünyanı çempionatını birgə keçirmək istəyən ABŞ, Kanada
və Meksika mundialın oyunlarını qəbul edəcək şəhərləri müəyyənləşdiriblər.
Kaspi.az xəbər verir ki, genişləndirilmiş siyahıda 41 şəhər yer alıb.
ABŞ 32, Kanada 6, Meksika isə 3 şəhərlə təmsil olunur. 20-25 şəhərin yer
alacağı yekun ərizə 2018-ci ilin martında FİFA-ya təqdim ediləcək. Turnirin isə
ən azı 12 şəhərdə keçiriləcəyi gözlənilir. Birləşmiş komitənin icraçı direktoru
Con Kristik məsələyə belə münasibət bildirib:
"Bu şəhərlərin hər biri idman obyektlərini, infrastrukturu təqdim
edəcək. Bundan sonra yekun siyahı hazırlanacaq. Şəhərlər bir yerdə Şimali
Amerikada idmanın inkişafına töhfə verəcəklər”.
DÇ-2026-ya Mərakeş də ev sahibliyi etmək istəyir. Turnir ilk dəfə 48 komandanın iştirakı ilə
keçiriləcək.