• cümə, 29 Mart, 13:59
  • Baku Bakı 14°C

DÇ-2022 təhlükədə

06.06.17 13:15 1207
DÇ-2022 təhlükədə
2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı böyük təhlükə yaranıb.
Kaspi.az xəbər verir ki, 6 ərəb ölkəsi ( Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən və Liviya) Qətərlə bütün diplomatik əlaqələri kəsib. Qətər terrorçu qruplaşmalara yardım etməkdə və Bəhreynin daxili işlərinə qarışmaqda ittiham olunur. Qətər isə bu ittihamları əsassız hesab edir.
Hələ ki, siyasi qalmaqalla bağlı DÇ-2022-in təşkilat komitəsi açıqlama verməyib. Ancaq Almaniya Futbol İttifaqının prezidenti Raynhard Qrindel fürsəti boşa verməyərək, fikirlərini açıqlayıb:
"Dünyanın futbol ictimaiyyəti razılaşıb ki, böyük turnirlər terrora dəstək verən ölkələrdə keçirilməyəcək”.
Almaniya DÇ-2022-in təşkilat hüququnun Qətərə verilməsindən narazı idi. ABŞ və İngiltərə də narazılar sırasındadırlar.
banner

Oxşar Xəbərlər