DÇ-2022 bir neçə ölkədə keçiriləcək?
DÇ-2022-in bir
neçə ölkədə keçirilə biləcəyi ilə bağlı məsələ dünya mətbuatında müzakirə
olunur.
Kaspi.az xəbər
verir ki, noyabrın sonunda FİFA prezidenti Canni İnfantonu bununla bağlı eyham
vurmuşdu. O bildirmişdi ki, 2022-ci ildə DÇ-nin final mərhələsində komandaların
sayı 32-dən 48-ə qaldırılarsa, mundialın bir neçə oyunu Qətərlə qonşu ölkələrdə
də keçirilə bilər.
DÇ-2022-nin təşkilat
komitəsinin baş direktoru Naser al-Hater də məsələyə münasibət bildirib. O, məsələ
ilə bağlı qonşu ölkələrin heç biri ilə danışıqlar aparmadıqlarını deyib.
Qətər Yaxın Şərqdə
dünya çempionatını qəbul edəcək ilk ölkə olacaq. 2022-ci ildə mundial qışda –
noyabrın 21-dən dekabrın 18-nə qədər keçiriləcək.