• cümə axşamı, 25 aprel, 03:14
  • Baku Bakı 19°C

DÇ-2018 zamanı Rusiyada 11 klub dağılıb

30.07.18 14:10 446
DÇ-2018 zamanı Rusiyada 11 klub dağılıb
"Mançester Yunayted”in və Rusiya yığmasının sabiq futbolçusu Andrey Kançelskis ölkədə futbolun durumu barədə danışıb.
Kaspi.az xəbər verir ki, Kançelskis mundialın keçirilməsinin ölkədə futbolun inkişafına təsir göstərməsi əvəzinə, əks prosesin baş verdiyini deyib. O, DÇ-2018 zamanı Rusiyada 11 klubun dağıldığını vurğulayıb:
"İstərdim ki, dünya çempionatının keçirilməsi Rusiyada futbolun inkişafına böyük təkan versin. İstərdim ki, stadionlarda futbol oynasınlar, bazar yaratmasınlar.
Ancaq hazırda bunun əksini görürəm. DÇ zamanı Rusiyada 11 klub fəaliyyətini dayandırdı. Bu barədə isə heç kim danışmır. Belə durumda inkişafdan danışmaq olar? Həyəcan zəngi çalmaq, bu məsələyə diqqət ayırmaq lazımdır”.
banner

Oxşar Xəbərlər