• şənbə, 20 Aprel, 18:40
  • Baku Bakı 24°C

DÇ-2018 üçün tikilən stadionda yanğın

03.08.17 15:50 1624
DÇ-2018 üçün tikilən stadionda yanğın
2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı üçün tikilən stadionda yanğın olub.
Kaspi.az xəbər verir ki, yanğın Samara şəhərində tikilən "Samara Arena”da baş verib. Məlumata görə, yanğın avqustun 3-də səhər saat 10-da başlayıb.
Yanğının zirzəmidə toplanan zibilin yanması səbəbindən başladığı bildirilir. Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib.
Yanğın qısa zamanda söndürülüb. Rəsmi şəxslərin verdiyi məlumata görə, arenaya ciddi ziyan dəyməyib.
banner

Oxşar Xəbərlər