• cümə axşamı, 28 mart, 16:34
  • Baku Bakı 16°C

DÇ-2018-in rəsmi plakatı

29.11.17 11:20 2570
DÇ-2018-in rəsmi plakatı
DÇ-2018-in təşkilatçıları turnirin rəsmi plakatını təqdim ediblər.
Kaspi.az xəbər verir ki, plakatın əsas simvolu əfsanəvi qapıçı Lev Yaşin olub. Lev Yaşin keçmiş SSRİ yığmasının heyətində üç dünya çempionatında (1958, 1962, 1966) iştirak edib.
O, 1956-cı ildə keçirilən olimpiya oyunlarının qalibidir. Yaşin "Qızıl top” alan yeganə qapıçıdır.
Qeyd edək ki, 1930-cu ildə keçirilən ilk dünya çempionatının da posterində əsas sima qapıçı olmuşdu. DÇ-2018 iyunun 14-dən iyulun 15-nə qədər Rusiyanın 11 şəhərində keçiriləcək.
banner

Oxşar Xəbərlər