• şənbə, 20 Aprel, 15:21
  • Baku Bakı 23°C

DÇ-2018-in qalibi Fransa komandası olub

15.07.18 21:08 899
DÇ-2018-in qalibi Fransa komandası olub
Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının qalibi Fransa komandası olub. APA-nın xüsusi müxbirinin Fransa və Xorvatiya milli komandaları arasında turnirin final matçının keçirildiyi "Lujniki" stadionundan verdiyi məlumata görə, oyunda hesabı Fransa yığması açıb.
Matçın 18-cı dəqiqəsində xorvat Mancukiç avtoqola imza atıb.
Hesabda geri düşən Xorvatiya yığması 10 dəqiqə sonra, 28-ci dəqiqədə hesabı bərabərləşdirib. Bu dəfə Perşiç fərqlənib.
38-ci dəqiqədə fransızlar yenə hesabda önə keçiblər. Bu dəfə Qrizman 11 penaltini dəqiqliklə yerinə yetirib.
Fasiləyə Fransa yığması 2-1 hesabla qalib yollanıb.
Matçın ikinci hissəsində, 59-cu dəqiqədə Poqba hesab fərqini ikiyə qaldırıb. 65-ci dəqiqədə fransızlar Mbappenin qolu ilə hesabı 4-1 ediblər. 69-cu dəqiqədə Xorvatlar hesab fərqini 2 topa endiriblər. Bu dəfə Mancukiç fərqlənib.
Hakim matçın sonuna 5 dəq əlavə edib. Lakin bu vaxt ərzində heç bir qol olmayıb. Beləliklə, Fransa 20 il sonra yenidən Dünya Çempionu titulunu qazanıb.
DÇ-2018
Final
15 iyul
Fransa – Xorvatiya -4:2
Qollar:Mancukiç, 18 (avtoqol), Qrizman, 38 (pen.), Poqba, 59, Mbappe, 65 - Perişiç, 28, Mancukiç, 69
Hakim: Nestor Pitana (Argentina)
Moskva. "Lujniki” stadionu
banner

Oxşar Xəbərlər