• cümə, 29 Mart, 12:46
  • Baku Bakı 14°C

DÇ-2018-in ən çox qazanan məşqçiləri

11.05.18 10:35 640
DÇ-2018-in ən çox qazanan məşqçiləri
DÇ-2018-də iştirak edəcək komandaların baş məşqçilərinin məvacibi açıqlanıb.
Kaspi.az xəbər verir ki, mundialda ən varlı məşqçi statusunda Almaniya yığmasının çalışdırıcısı Yoahim Löv olacaq. Onun illik məvacibi 3,8 milyon avrodur.
Braziliya yığmasının baş məşqçisi Tite isə ildə 3,4 milyon avro qazanır. Fransa yığmasının baş məşqçisi Didye Deşamın da illik məvacibi 3,4 milyon avrodur.
4-cü pillədə İspaniya yığmasının çalışdırıcısı Xulen Lopeteqi qərarlaşıb - 2,9 milyon avro. Rusiya yığmasının baş məşqçisi Stanislav Çerçesov isə 5-ci pillədədir - 2,5 milyon avro.
Mundialın ən kasıb məşqçisi isə Aliu Sissedi. Seneqal yığmasının çalışdırıcısı ildə cəmisi 200 min avro məvacib alır.
banner

Oxşar Xəbərlər