• cümə axşamı, 28 mart, 17:22
  • Baku Bakı 16°C

DÇ-2018-in bürünc mükafatçlsı bəlli olub

14.07.18 21:07 780
DÇ-2018-in bürünc mükafatçlsı bəlli olub
Bu gün Rusiyada keçirilən dünya çempionatında daha bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, 3-cü yer uğrunda qarşılaşma baş tutub.

Sankt-Peterburqda keçirilən görüşdə Belçika ilə İngiltərə üz-üzə gəlib. Bürünc medal uğrunda mübarizədə belçikalılar qələbə qazanıb. Roberto Martinesin yetirmələri hər hissədə bir top vuraraq 3-cü yerin sahibi olub.
Beləliklə, heyəti ulduzlardan təşkil olunmasına baxmayaraq, yarımfinalda Fransa səddinə ilişən Belçika 3-cülüklə təsəlli tapıb. Gənc oyunçulardan qurulan ingilislər isə Xorvatiyanın ardından Belçikaya da uduzub və Qaret Sautqeytin komandası çempionatı medalsız başa vurub.

Dünya çempionatı
3-cü yer uğrunda oyun
14 iyul

Belçika – İngiltərə - 2:0

Qollar: Tomas Menye, 4, Eden Azar, 82

Sarı vərəqələr: Con Stounz, 52, Harri Maquayr, 78, Aksel Vitsel, 90
Baş hakim: Alireza Faqani (İran)
Sankt-Peterburq. Şəhər stadionu
banner

Oxşar Xəbərlər