AZE | RUS | ENG |

DÇ-2018-in bürünc mükafatçlsı bəlli olub

DÇ-2018-in bürünc mükafatçlsı bəlli olub
Bu gün Rusiyada keçirilən dünya çempionatında daha bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, 3-cü yer uğrunda qarşılaşma baş tutub.   Sankt-Peterburqda keçirilən görüşdə Belçika ilə İngiltərə üz-üzə gəlib. Bürünc medal uğrunda mübarizədə belçikalılar qələbə qazanıb. Roberto Martinesin yetirmələri hər hissədə bir top vuraraq 3-cü yerin sahibi olub.
 
Beləliklə, heyəti ulduzlardan təşkil olunmasına baxmayaraq, yarımfinalda Fransa səddinə ilişən Belçika 3-cülüklə təsəlli tapıb. Gənc oyunçulardan qurulan ingilislər isə Xorvatiyanın ardından Belçikaya da uduzub və Qaret Sautqeytin komandası çempionatı medalsız başa vurub.
  Dünya çempionatı 3-cü yer uğrunda oyun 14 iyul   Belçika – İngiltərə - 2:0   Qollar: Tomas Menye, 4, Eden Azar, 82   Sarı vərəqələr: Con Stounz, 52, Harri Maquayr, 78, Aksel Vitsel, 90 Baş hakim: Alireza Faqani (İran) Sankt-Peterburq. Şəhər stadionu

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917